12:56 - 11.02.2025
11 fevral, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.
ABC.AZ xəbər verir ki, Mərkəzi Bankdan verilən məlumata görə, fevralın 11-də valyuta hərracında bankların tələbi 56,8 milyon dollar təşkil edib və tam təmin edilib.
Bu, son hərracdan 2,3 milyon dollar (4,22%) çoxdur. Fevralın 6-da keçirilən valyuta hərracında Mərkəzi Bank 54,5 milyon dollar dəyərində valyuta satıb.
Valyuta hərracının yekunları üzrə ortaçəkili məzənnə 1,7000 AZN / USD təşkil edib.
21 Avqust 2026
21 Avqust 2026
19 Avqust 2026