16:12 - 7.02.2025
7 fevral, Fineko/abc.az. Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev fevralın 7-də yeni vəzifəyə təyin olunmuş maliyyə naziri Sahil Babayevi kollektivə təqdim edib.
ABC.AZ xəbər verir ki, təqdimat mərasimində çıxış edən Samir Nuriyev qurumun qarşısında duran vəzifələrlə bağlı dövlət başçısının tapşırıqlarını diqqətə çatdırıb, həmin vəzifələrin icrası üçün bütün imkanların səfərbər olunacağına ümid etdiyini bildirib, bu işdə yeni təyin olunmuş maliyyə nazirinə və bütün kollektivə uğurlar arzulayıb.
21 Avqust 2026