Uorren Baffetin şirkəti radionun 54 milyon dollarlıq səhmlərini alıb

14:34 - 5.02.2025


5 fevral, Fineko/abc.az. Uorren Baffetin “Berkshire Hathaway” maliyyə holdinqi ABŞ-nin Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) təqdim etdiyi məlumata əsasən, “Sirius XM” peyk radio şirkətinin 54 milyon dollarlıq səhmlərini alıb.

ABC.AZ xəbər verir ki, bu, konqlomeratın 2025-ci ildə açıqlanan ilk müqaviləsidir.

Məlum olduğu kimi, investor “Sirus XM” səhmlərini 30, 31 yanvar və 3 fevralda 23.5 dollara alıb. NASDAQ məlumatlarına görə, ötən il ərzində “SiriusXM” səhmləri 58.32% ucuzlaşaraq hər səhm üçün 22.8 dollar təşkil edib. Lakin bu ilin əvvəlindən şirkətin kotirovkaları 5.26% artaraq fevralın 3-də 24 dollara çatıb.