15:49 - 4.02.2025
4 fevral, Fineko/abc.az. Azərbaycanda ödəniş sistemi kartları ilə ödənişlərin daha çox aparıldığı kart məlum olub.
ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, bank kartları ilə 2024-cü ilin noyabr ayında 10 milyard 383.1 millyon manatlıq əməliyyatlar aparılıb.
Bu əməliyyatların 5 milyard 782.6 milyon manatı “Visa” kartları, 4 milyard 524.6 milyon manatı “MasterCard” kartları və 20.9 milyon manatı isə “American Express” ilə aparılıb.
Çinin “Union Payı” ilə isə cəmi 0.10 mln. manatlıq əməliyyat aparılıb.
21 Avqust 2026
21 Avqust 2026
19 Avqust 2026