Qazaxıstan OPEC+ sazişi çərçivəsində neft hasilatını tənzimləyəcək

11:19 - 4.02.2025


4 fevral, Fineko/abc.az. 2025-2026-cı illərdə Qazaxıstan hakimiyyəti OPEC+razılaşmalarına uyğun olaraq 2024-cü ilin artıq neft istehsalını kompensasiya etmək üçün tədbirlər görməyi planlaşdırır.

ABC.AZ xəbər verir ki, bu barədə Qazaxıstan Energetika Nazirliyinin mətbuat xidməti məlumat verib.

"2025 və 2026-cı illərdə Qazaxıstan öhdəliklərin yerinə yetirilməsi və 2024-cü ildə baş verən həddindən artıq istehsalın kompensasiyası üçün lazımi tədbirlər görəcək"., — məlumatda belə deyilir.

Tengiz yatağının genişləndirilməsi layihəsinin başlanması ilə əlaqədar Qazaxıstan 2024-cü ildə hasilatı artırıb.

Buna baxmayaraq, ölkə OPEC+ sazişi üzrə öhdəliklərinə əməl etməyi vacib sayır və beynəlxalq qanunvericilik çərçivəsində tərəfdaşlarla danışıqları davam etdirəcək.