“S&P Global Ratings” banklarımızın reytinqini təsdiqləyib

11:13 - 4.02.2025


4 fevral, Fineko/abc.az. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycan banklarının reytinqini təsdiqləyib.

ABC.AZ xəbər verir ki, bu barədə reytinq agentliyinin məlumatında bildirilib. Məlumata görə, yerli bankların əsas reytinqi “bb-” səviyyəsində dəyişməz saxlanılıb.

S&P qeyd edib ki, Azərbaycanın bank sektoru yüksək əmtəə qiymətləri fonunda kredit tələbatının artması və aktiv keyfiyyətinin yaxşılaşması nəticəsində əlverişli makroiqtisadi şəraitdən faydalanır.

Belə ki, neft qiymətləri və iqtisadi artım səviyyəsi Azərbaycanda bank sektorunun kredit portfelinin artımına müsbət təsir edib: “2024-cü ildə sektorun kredit portfeli həm pərakəndə, həm də korporativ kreditlərin artması nəticəsində təxminən 20% artıb. Biz gözləyirik ki, infrastruktur investisiyaları və əsas siyasət faiz dərəcəsinin azalması 2025-2026-cı illərdə kredit portfelinin iki rəqəmli artımına səbəb olacaq”. (APA)