Azərbaycanın süni intellekt strategiyası hazırlanır - Baş nazir

12:06 - 31.01.2025


31 yanvar, Fineko/abc.az. Biz hazırda Azərbaycanın süni intellekt strategiyasını hazırlayırıq.

ABC.AZ xəbər verir ki, bunu Baş nazir Əli Əsədov “Digital Almaty 2025” beynəlxalq rəqəmsal forumunda çıxışında deyib.

Baş nazir bildirib ki, əsas diqqət süni intellekt texnologiyalarının tətbiqinin xidmətlərin səmərəliliyini və keyfiyyətini əhəmiyyətli dərəcədə artıra biləcəyi prioritet sektorların müəyyənləşdirilməsinə yönəlib:

“Bunlar, ilk növbədə, səhiyyə, nəqliyyat və təhsil sahələridir. Biz eyni zamanda müasir və çevik qanunvericiliyin hazırlanmasına və tətbiqinə xüsusi diqqət yetiririk”. (APA)