15:22 - 30.01.2025
30 yanvar, Fineko/abc.az. BOKT-lərin aktivləri 31% artaraq 993.26 milyon manata çatıb. Əsas artım müştərilərə verilən kreditlərdə (808.34 milyon manat) və investisiyalarda (87.3 milyon manat) müşahidə olunub.
ABC.AZ xəbər verir ki, öhdəliklər də 21% artaraq 536.9 milyon manat təşkil edib.
Əsas artım cəlb edilmiş vəsaitlərdə (241 milyon manat) və digər maliyyə institutlarının kreditlərində (82.7 milyon manat) qeydə alınıb.
Kapital göstəricisi isə 45% yüksələrək 456.37 milyon manata çatıb.
Xüsusilə, bölüşdürülməmiş xalis mənfəət 125% artımla 231.13 milyon manat olub.
21 Avqust 2026
21 Avqust 2026
19 Avqust 2026