Fiziki şəxslər əmanətləri ən çox hansı valyutada yerləşdirir?

12:11 - 30.01.2025


30 yanvar, Fineko/abc.az. Fiziki şəxslərin əmanətlərinin 65.7%-i (9 mlrd. 400.1 mln. manat) milli valyutada, 34.3%-i (4 mlrd. 899 mln. manat) xarici valyutadadır.

ABC.AZ Mərkəzi Bankın statistik bülleteninə istinadən xəbər verir ki, fiziki şəxslərin əmanət portfelinin 60.1%-i (8 mlrd. 600.8 mln. manat) müddətli əmanətlərdən ibarətdir.

Fiziki şəxslərin müddətli əmanətləri dekabr ayında 2.7% və ya 229.4 mln. manat artıb. Hüquqi şəxslərin tələbli depozitləri 17 mlrd. 580.3 mln. manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 75.1%-ni təşkil edib.

Fiziki şəxslərin əmanətlərinin dollarlaşması hesabat ayında 0.5 faiz bəndi azalaraq 33.6% təşkil edib.

2024-cü il ərzində banklar 1 mlrd. 044.3 mln. manat xalis mənfəət, 1 mlrd. 663.2 mln. manat məbləğində əməliyyat mənfəəti generasiya edib.