12:54 - 28.01.2025
28 yanvar, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.
ABC.AZ xəbər verir ki, Mərkəzi Bankın məlumatına görə, yanvarın 28-də valyuta hərracında bankların tələbi 59,9 milyon dollar təşkil edib və tam təmin edilib.
AMB-nin məlumatına görə, bu, ötən hərracdan 7,4 milyon dollar (14,1%) çoxdur. Yanvarın 23-də keçirilən valyuta hərracında Mərkəzi Bank banklara 52,5 milyon dollar satıb.
Valyuta hərracının yekunları üzrə ortaçəkili məzənnə 1,7000 AZN/USD təşkil edib.
21 Avqust 2026
21 Avqust 2026
19 Avqust 2026