Ermənistan Aİ ilə yeni əməkdaşlıq gündəmi barədə danışıqlar aparır

15:19 - 24.01.2025


24 yanvar, Fineko/abc.az. Ermənistan və Aİ yeni əməkdaşlıq gündəliyinin imzalanması ilə bağlı danışıqlar aparır.

ABC.AZ xəbər verir ki, bu barədə Respublika XİN rəhbərinin müavini Paruyr Ovannisyan bildirib.

"Aİ ilə yeni əməkdaşlıq gündəliyinin imzalanması ilə bağlı danışıqlar aparılır", - Ovannisyan respublikanın Avropa İttifaqına daxil olması haqqında qanunun profil Parlament Komissiyasının iclasında müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, Ermənistan öz maraqlarını təmin etmək üçün çalışır, Aİ ilə iqtisadi yaxınlaşmanın inkişafı məsələləri yeni əməkdaşlıq gündəliyi çərçivəsində həll edilə bilər.

"Ancaq hər hansı bir xüsusi proqram haqqında danışmaq hələ tezdir", — deyə Ovannisyan qeyd edib.

O, həmçinin qeyd edib ki, respublikanın Avropa İttifaqına daxil olması haqqında qanun Ermənistanla Aİ arasında viza rejiminin liberallaşdırılması ilə bağlı danışıqlarda kömək edə bilər.

Yanvarın 9-da Ermənistan hökuməti respublikanın Avropa İttifaqına daxil olması haqqında qanun layihəsini təsdiqləyib. Paşinyanın sözlərinə görə, ölkənin Aİ-yə daxil olması barədə qərar ümumxalq referendumu yolu ilə qəbul edilməlidir.