Cəbrayılda Şəfəq Günəş Elektrik Stansiyasının tikintisi nə vaxt başlayır?

14:48 - 24.01.2025


24 yanvar, Fineko/abc.az. Cəbrayıl rayonunda 240 MVt gücündə Şəfəq Günəş Elektrik Stansiyasının tikintisinə bu il start veriləcək.

ABC.AZ xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Şahdəniz” layihəsinin operatoru olan BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib.

Onun sözlərinə görə, stansiyanın tikiləcəyi ərazi artıq minalardan təmizlənib və hazırda bu proses sertifikatlaşma mərhələsindədir.

Bundan əlavə, Bəxtiyar Aslanbəyli qeyd edib ki, bu il layihə üzrə son investisiya qərarın qabul olunacaq. Bununla yanaşı, layihə çərçivəsində lazım olan avadanlıqları seçiləcək, infrastruktur və logistika məsələləri həll olunacaq.

“Bu məsələlərdən asılı olaraq stansiyanın tikinti vaxtı müəyyən ediləcək”, – Bəxtiyar Aslanbəyli vurğulayıb.