11:05 - 21.01.2025
21 yanvar, Fineko/abc.az. “Unibank KB” ASC-nin müştərilərdən cəlb etdiyi depozitlərin həcmi 2024-cü ilin son rübündə 27 milyon manat azalıb.
ABC.AZ bankın hesabatına istinadən xəbər verir ki, ilin əvvəlində 1 milyard 215.9 milyon manatlıq cəmi depozitlər üçüncü rübün sonuna 1 milyard 231.7 milyon manata yüksəlsə də, IV rübdə 2% azalaraq 1 milyard 204.7 milyon manata düşüb.
Bank aktivlərinin azalmasına səbəb hüquqi şəxslərin (şirkət və ya təşkilatlar) depozitlərinin ilin son rübündə 45.5 mln. manat və ya 15% azalmasıdır. Şirkət depozitləri ilin sonuna 248.2 mln. manata düşüb.
Müəllif: Elmir Murad
21 Avqust 2026
19 Avqust 2026