Ötən il dövlət büdcəsinə 37 milyard 164,2 milyon manat vəsait daxil olub

16:07 - 17.01.2025


17 yanvar, Fineko/abc.az. 2024-cü ildə dövlət büdcəsinə 37 milyard 164,2 milyon manat vəsait daxil olub.

ABC.AZ xəbər verir ki, Maliyyə Nazirliyinin operativ məlumatlarına əsasən, büdcədən 37 milyard 719,7 milyon manat vəsait xərclənib.

Büdcənin icrasında 555,5 milyon manatlıq kəsir yaranıb.