Pezeşkian: Moskva ilə Tehran arasındakı münasibətlər strateji xarakter daşıyır

15:57 - 17.01.2025


17 yanvar, Fineko/abc.az. İran prezidenti Məsud Pezeşkian Kremldə Rusiya lideri Vladimir Putinlə danışıqlarda iki dövlətin münasibətlərini strateji münasibətlər kimi xarakterizə edib.

"Rusiya Federasiyası ilə münasibətlər strateji cəhətdən vacib və əhatəlidir", — deyə o qeyd edib.