14:19 - 17.01.2025
17 yanvar, Fineko/abc.az. 2025-ci ildə Avropa Rusiya qazını görünməmiş sürətlə alır və Kremlin Ukraynaya qarşı istifadə edə biləcəyi milyardlarla dollar xərcləyir.
ABC.AZ xəbər verir ki, Kpler analitik şirkətinin məlumatına görə, 2025-ci ildən etibarən 27 Avropa İttifaqı ölkəsi Rusiyadan 837 300 metrik ton LNG idxal edib.
Rəqəmlər yanvarın 1-də Rusiyanın boru kəmərləri ilə AB ölkələrinə qaz tədarükünə imkan verən mühüm Sazişin bitməsindən sonra məlum olub. Hazırda AB ölkələri Rusiya limanlarından tankerlərlə çatdırılan LNG almaq məcburiyyətində qalıblar.