Faiz gəlirləri 21% artan Bank - Hesabat

15:22 - 15.01.2025


15 yanvar, Fineko/abc.az. "Bank VTB (Azərbaycan)" 2024-cü il üzrə maliyyə hesabatlarını açıqlayıb.

ABC.AZ banka istinadən xəbər verir ki, ötən il "Bank VTB (Azərbaycan)"nin xalis mənfəəti 2023-cü illə müqayisədə 10% azalaraq 9 milyon 538 min manat təşkil edib. 2023-cü ildə bank 10 milyon 608 min manat xalis mənfəət əldə edib.

Hesabat dövründə bankın faiz gəlirləri 21% artaraq 32 milyon 612 min manat, faiz xərcləri isə 24.2% artaraq 8 milyon 483 min manat təşkil edib. Bu dövrdə bankın qeyri-faiz gəlirləri 14 milyon 790 min manat ( illik müqayisədə 84.3% çox ), qeyri-faiz xərcləri isə 29 milyon 845 min manata ( illik müqayisədə 27.8% çox) bərabər olub.