17:19 - 14.01.2025
14 yanvar, Fineko/abc.az. Dövlət Vergi Xidmətinin xətti ilə bu il üzrə dövlət büdcəsinə daxil olması proqnozlaşdırılan 15,5 milyard manat vəsaitin 75,3 %-nin və yaxud 11,67 milyard manatının qeyri-neft-qaz, 24,7 %-nin və yaxud 3,83 milyard manatının isə neft-qaz sektorunun payına düşəcəyi gözlənilir.
Maliyyə Nazirliyindən ABC.AZ-a daxil olan məlumata görə, bunlar, 2024-cü illə müqayisədə müvafiq olaraq 18 % çox və 3,6 % azdır.
Bu il qeyri-neft-qaz sektoru üzrə vergi gəlirlərinin qeyri-neft ÜDM-nə nisbəti 12,7 % həddində proqnozlaşdırılır.
21 Avqust 2026
21 Avqust 2026
19 Avqust 2026