17:04 - 14.01.2025
14 yanvar, Fineko/abc.az. İrandan Azərbaycana idxal edilən bir sıra məhsulların tərkibində genetik modifikasiya olunmuş orqanizmlər (GMO) aşkarlanıb.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) ABC.AZ-a daxil olan məlumata görə, Azərbaycan qanunvericiliyinə əsasən, genetik modifikasiya olunmuş bitkilər, həmçinin müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materialları, elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulmayan, genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan qida məhsullarının ölkəyə gətirilməsi, istehsalı, dövriyyəsi qanunla qadağandır.
Aparılan son nəzarət tədbirləri çərçivəsində İrandan idxal edilən bir sıra məhsul partiyalarından nümunə götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında sınaqlara cəlb edilib, sınaq nəticəsinə əsasən məhsulların tərkibində GMO aşkarlanıb.
Aşkarlanan bütün faktlarla bağlı qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülüb.
8 Avqust 2026
8 Avqust 2026