Yeni nəsil nəzarət-kassa aparatları ilə ticarət dövriyyəsi 12 faiz artıb

10:32 - 14.01.2025


14 yanvar, Fineko/abc.az. Dövlət Vergi Xidməti tərəfindən yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.

ABC.AZ Vergi Xidmətinə istinadən xəbər verir ki, indiyədək ölkə ərazisində 104.019 ədəd belə NKA quraşdırılıb.

Yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyələrə nəzarətin təmin edilməsinə imkan yaradıb.

2024-cü ilin yanvar-dekabr ayları ərzində yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 24 milyard 541,3 milyon manatdan çox olub ki, bu da 2023-cü illə müqayisədə 2,6 milyard manat və ya 12 faiz çoxdur.