Mərkəzi Bank elektron köçürmələrlə bağlı qərar verdi

12:13 - 13.01.2025


13 yanvar, Fineko/abc.az. Mərkəzi Bankın İdarə Heyətinin 2023-cü il 22 fevral tarixli 09/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Maliyyə vəsaitlərinin elektron köçürülməsi zamanı müştəri uyğunluğu tədbirlərinin tətbiq edilməsi Qaydası”nda dəyişikliklər edilib.

ABC.AZ xəbər verir ki, bu barədə AMB sədri Taleh Kazımov qərar imzalayıb.

Qeyd edilib ki, bu qaydanın müddəaları artıq ödəniş təşkilatları, elektron pul təşkilatları, xarici ödəniş təşkilatlarının yerli filialları, xarici elektron pul təşkilatlarının yerli filialları və poçt rabitəsinin milli operatoru vasitəsilə həyata keçirilən transsərhəd və ölkədaxili elektron köçürmələrinə şamil edilir.