12:24 - 10.01.2025
10 yanvar, Fineko/abc.az. Bakıda sifariş verilmiş taksinin ünvana çatması müddəti maksimum 6-7 dəqiqədir.
ABC.AZ xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov 2024-cü ildə nəqliyyat sahəsində həyata keçirilmiş işlərlə bağlı brifinqdə bildirib.
"Taksi sahəsində islahatlarına yenicə başlanmasına baxmayaraq artıq müsbət nəticələr müşahidə olunur. Bu islahatların məqsədi qiymətlərin artırılması deyil. Taksi fəaliyyətinin tənzimlənməsi avtomobillərin keyfiyyətinin və sürücülərin hazırlığını əhatə edir. Həmçinin sürücülərin fəaliyyəti Əmək Məcəlləsinin tələblərinə uyğun tənzimlənir. Göstərilən xidmətlərdə xaotiklik aradan qaldırılırsa müəyyən korreksiyasılar ola bilər", - deyə o qeyd edib. (Report)
14 Avqust 2026
14 Avqust 2026
14 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
12 Avqust 2026