Valyuta hərracında bankların tələbi artıb

12:27 - 7.01.2025


7 yanvar, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

ABC.AZ xəbər verir ki, AMB-nin məlumatına görə, yanvarın 7-də valyuta hərracında bankların tələbi 73,5 milyon dollar təşkil edib və tam təmin edilib.

AMB-nin məlumatına görə, bu, ötən hərracdan 0,5 milyon dollar (0,68%) çoxdur. 26 dekabr 2024-cü il tarixində keçirilən valyuta hərracında AMB banklara 73,0 milyon dollar satıb.

Valyuta hərracının yekunları üzrə ortaçəkili məzənnə 1,7000 AZN / USD təşkil edib.