Azərbaycanda pul bazası artıb ya azalıb?

11:58 - 7.01.2025


7 yanvar, Fineko/abc.az. Bu il yanvarın 1-nə Azərbaycanda pul bazası 20 milyard 916,5 milyon manat təşkil edib.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, bu, ötən il dekabrın 1-i ilə müqayisədə 1,65% çoxdur.

Ölkədə pul bazası son 1 ildə isə 0,2% artıb.