10:22 - 6.01.2025
6 yanvar, Fineko/abc.az. Bu ilin aprel ayından etibarən İspaniyada “qızıl vizaların” verilişi dayandırılacaq.
ABC.AZ xəbər verir ki, bu barədə İspaniya mətbuatında məlumat yayılıb.
Belə ki, investisiya müqabilində ölkədə yaşamaq hüququnun verilməsini nəzərdə tutan vizadan gedir. Yeni qərarın qüvvəyə minəcəyi tarixə qədər verilmiş “qızıl vizalar” isə nəzərdə tutulan tarixlərə qədər etibarlı olacaq.
Qeyd edək ki, İspaniyada ən geniş yayılmış investisiya variantı azı 500 min avro məbləğində olan daşınmaz əmlakın alınmasıdır.
8 Avqust 2026
8 Avqust 2026