12:32 - 26.12.2024
26 dekabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.
ABC.AZ xəbər verir ki, AMB-nin məlumatına görə, dekabrın 26-da keçirilən valyuta hərracında bankların tələbi 73 milyon dollar təşkil edib və tam təmin edilib.
AMB-nin məlumatına görə, bu, ötən hərracdan 3,8 milyon dollar (5%) azdır. Dekabrın 24-də valyuta hərracında AMB banklara 76,8 milyon dollar satıb.
Valyuta hərracının yekunları üzrə ortaçəkili məzənnə 1,7000 AZN / USD təşkil edib.
18 Avqust 2026