Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri artıb

14:59 - 25.12.2024


25 dekabr, Fineko/abc.az. 2024-cü ilin yanvar-noyabr aylarında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 9,2 faiz artaraq 6940,3 milyon manat olub.

Bakı Şəhər Statistika İdarəsindən ABC.AZ-a bildirilib ki, hüquqi şəxslər tərəfindən əhaliyə 6643,9 milyon manatlıq xidmət göstərilib. Bu, xidmətlərin ümumi dəyərinin 95,7 faizini təşkil edib.