11:32 - 24.12.2024
24 dekabr, Fineko/abc.az. “Telegram”ın təsisçisi istifadəçiləri ilə maraqlı məlumat bölüşüb. Belə ki, rəhbəri olduğu platforma ilk dəfə gəlir əldə edib.
ABC.AZ xəbər verir ki, platformanın 2024-cü ildə ümumi gəliri 1 milyard dolları ötüb.
O qeyd edib ki, monetizasiyanın işə salınmasından sonra üç il ərzində ilk dəfə “Telegram” gəlir gətirib.
Durov əlavə edib ki, “Telegram Premium” abunəçilərinin sayı 12 milyonu ötüb.
İş adamı 2024-cü ili mesencer üçün “çox yaxşı il” adlandırıb.
Müəllif: Elmir Murad
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026