Gələn ildən banklar bu xidməti də göstərməli olacaq

16:40 - 19.12.2024


19 dekabr, Fineko/abc.az. 2025-ci ildəb Azərbaycanda fəaliyyət göstərən bankların Hesab Məlumatları Xidməti göstərməsi planlaşdırılır.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, qurumun İdarə Heyətinin təsdiqlədiyi “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” çərçivəsində yerli sektorlarda tənzimləmə mühitinin inkişafı təşəbbüsü ilə “Açıq bankçılıq” yanaşmasının tətbiqinin sürətləndirilməsi və “Açıq maliyyə” yanaşmasına keçidin təmin edilməsi nəzərdə tutulub.

Gələn il AMB Hesab Məlumatları Xidməti (AİS) üzrə testləri bitirməyi və istehsalat mühitində banklara müvafiq həlli təqdim etməyi planlaşdırır.

Ödəniş Əməliyyatları Xidməti (PİS) üzrə yeni funksionallığın da istifadəyə verilməsi nəzərdə tutulub.

Bank və AMB-dən müvafiq lisenziyalar əldə etmiş elektron pul və yaxud ödəniş təşkilatlarının inteqrasiyası planlaşdırılır.

Eyni zamanda “Açıq maliyyə” yanaşması üzrə konsepsiyasının formalaşdırılması və təsdiqi nəzərdə tutulub.