15:58 - 19.12.2024
19 dekabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.
ABC.AZ xəbər verir ki, AMB-nin məlumatına görə, dekabrın 19-da valyuta hərracında bankların tələbi 76,0 milyon dollar təşkil edib və tam təmin edilib.
AMB-nin məlumatına görə, bu, ötən hərracdan 2,4 milyon dollar (3,26%) çoxdur. Dekabrın 17-də keçirilən valyuta hərracında AMB banklara 73,6 milyon dollar satıb.
Valyuta hərracının yekunları üzrə ortaçəkili məzənnə 1,7000 AZN / USD təşkil edib.
21 Avqust 2026
21 Avqust 2026
19 Avqust 2026