15:15 - 19.12.2024
19 dekabr, Fineko/abc.az. Keşlə bazarında fəaliyyət göstərən icarədarlara yanvarın 1-ə qədər bazarı tərk etmələri bildirilib.
ABC.AZ xəbər verir ki, bazarda fəaliyyət göstərən icarədarlar verilən qərardan narazıdırlar.
Onlar 13 günlük müddətin bazardan çıxmaq üçün kifayət etməyəcəyini bildirir və bu müddətin ən azı 4 ay uzadılmasını istəyirlər.
“Keşlə” bazarının ərazisinə nəzarət edən şəxs bildirib ki, onlara da məlumat elə bu gün verilib.
Məsələ ilə əlaqədar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib ki, bazar rəhbərliyinə aprel ayından bəri bir neçə dəfə ərazinin boşaldılması ilə bağlı tapşırıq verilib. Rəhbərlik özü məsələni gecikdirib. Son xəbərdarlıq isə yaxın zamanda edilib. Ərazi qısa müddətə boşaldılmalıdır ki, tikinti başlasın. (Xəzərxəbər)
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026