Qızılın qiyməti Hörmüz boğazı ətrafında qeyri-müəyyənlik fonunda bahalaşıb

21:59 - 12.08.2026


12 avqust, Fineko/abc.az. İnvestorların Hörmüz boğazı ilə bağlı xəbərləri izləməsi fonunda qızılın qiyməti bahalaşıb.

Spot qızılın qiyməti 1,6% artaraq bir unsiya üçün 4 438 dollara çatıb.

Qiymət artımına ABŞ-da iyul ayı üzrə inflyasiya göstəricilərinin (aylıq 0,1%, illik 3,4%) açıqlanması, dolların zəifləməsi və FED-in faiz dərəcəsini artırmaq ehtimalının səngiməsi təsir edib.

Pakistan tərəfi ABŞ və İranın boğazın açılması üzrə razılığa yaxın olduğunu bildirsə də, tərəflərin sərt bəyanatları qeyri-müəyyənliyi saxlayır. Yaxın Şərqdəki gərginlik səbəbindən neftin bahalaşması fonunda pazarlar FED-in sentyabr iclasında faizi 25 baza bəndi artırmaq ehtimalını 50% səviyyəsində qiymətləndirir.