10:30 - 17.12.2024
17 dekabr, Fineko/abc.az. Çinin şimalındakı Hebei əyalətində hidrogen əsaslı polad avtomatik panel istehsal xətti istifadəyə verilib.
ABC.AZ xəbər verir ki, bu barədə polad sənayesinin yerli lideri HBIS Group Co. Ltd.
şirləti bildirib.
HBIS bu xəttin dünyada ilk olduğunu iddia edir. Avtomobil panelləri üçün hər il 1,5 milyon ton yüksək keyfiyyətli, ekoloji cəhətdən təmiz və aşağı karbonlu material istehsal edə bilir.
Hidrogen metallurgiyası kömür əvəzinə hidrogen istifadə edən və karbon dioksid emissiyalarını xeyli azaldan polad istehsal prosesidir.
8 Avqust 2026
8 Avqust 2026