Bütün gözlər Mərkəzi Bankdadır - Bu həftə faiz qərarını açıqlayacaq

12:09 - 16.12.2024


16 dekabr, Fineko/abc.az Bütün Mərkəzi Bank faiz dəhlizinin parametrləri ilə bağlı 2024-cü ildə sonuncu qərarı barədə məlumatı 18 dekabr 2024-cü il tarixində ictimaiyyətə açıqlayacaq.

ABC.AZ-ın məlumatına görə, Azərbaycan Mərkəzi Bankı xeyli müddətdər faizlərini dəyişməz saxlayır. Buna səbəb inflyasiyanın hədəf daxildinə olmasıdır.

Bundan əvvəl, noyabr iclasında da Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.25%, faiz dəhlizinin aşağı həddi 6.25%, faiz dəhlizinin yuxarı həddi isə 8.25% səviyyəsində dəyişməz saxlanılmışdır. Uçot dərəcəsinin dəyişməz saxlanılması ilə bağlı qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəfdə (4±2%) olması, daxili və xarici şəraitin təhlili nəzərə alınmaqla qəbul olunmuşdu. 

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin noyabr ayında istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) 2023-cü ilin noyabr ayına nisbətən 4,4 faiz artıb. Artım oktyabr ayında 3,4 faiz təşkil etmişdi. Beləliklə, noyabrda illik inflyasiya 1 faiz bəndi sürətlənib.