10:13 - 11.12.2024
11 dekabr, Fineko/abc.az. İlon Maskın “SpaceX” şirkəti investorlara səhm almaq təklifindən sonra dünyanın ən bahalı özəl startapı oldu.
ABC.AZ məlumatına görə, Financial Times (FT) qəzeti mənbələrə istinadən xəbər verir ki, raket və peyk istehsalçısının təxmin edilən bazar dəyəri şirkətin səhmlərinin qiymətinin 65% artmasına görə 350 milyard dollara yüksəlib.
Müqavilənin şərtlərinə görə, “SpaceX” və milyarderin müəssisəsinə artan maraq göstərən investorlar şirkətin səhmlərini 1,25 milyard dollar, bir səhmə 185 dollar dəyərində alacaqlar. Bir neçə ay əvvəl startapın səhmləri 112 dollara satılırdı, dəyəri isə 210 milyard dollar olaraq qiymətləndirilirdi.
“SpaceX” özü təxminən 500 milyon dollar dəyərində səhm alacaq, qalan kapital xarici investorlardan daxil olacaq.