18 milyon nizamnamə kapitalı olan şirkət ləğv edilir

15:34 - 29.11.2024


29 noyabr, Fineko/abc.az. “Platek Pact” MMC fəaliyyətinə xitam verilərək “ATS Food” MMC-yə qoşulub.

ABC.AZ xəbər verir ki, “ATS Food” MMC “Platek Pact” MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil olunduğunu elan edir.

Kreditorlar iki ay ərzində tələblərini AZ5000, Sumqayıt şəhəri, Sülh küçəsi, 76-cı məhəllə, 10D ünvanına bildirə bilərlər.

Qeyd edək ki, “Platek Pact” MMC 2013-cü ildə yaradılıb, nizamnamə kapitalı 18 230 535 AZN təşkil edir və qanuni təmsilçisi Tural Hacıyevdir.