Çin süd istehsalında Almaniyanı qabaqlayır

18:16 - 26.11.2024


26 noyabr, Fineko/abc.az. Çin iri idxalçı statusunu qoruyarkən Hindistan və ABŞ-dan sonra süd istehsalında üçüncü yeri tutub.  

ABC.AZ xəbər verir ki, 2008-ci ildə Çində süd tələbi "melamin qalmaqalı"ndan sonra protein göstəricilərini artırmaq üçün süd tozuna plastik qarışdırıldıqdan sonra azalmışdı. Maxinasiya, qarışıqla qidalanan körpələrdə çoxsaylı ölüm və həmişəlik böyrək zədələnməsinə səbəb oldu.

İdxal olunan südə tələbat artdı. Hökumət Çin məhsullarına inamın qaytarılması üçün tədbirlər görməyə məcbur oldu.
Meqafermalar az məskunlaşmış və inkişaf etməmiş bölgələrdə əhəmiyyətli bir işəgötürən oldu. Daxili Monqolustan sərhədinə yaxın Ningxia əyalətində 50-dən iri təsərrüfat fəaliyyət göstərir. Hər fermada 5-6 min süd inəyi ilə yanaşı, təxminən eyni sayda cavan heyvan və buzov saxlanılır.