11:53 - 22.11.2024
22 noyabr, Fineko/abc.az. “Azexport.az” portalı Naxçıvan Muxtar Respublikasından Efiopiyaya qənnadı məhsullarının ixracı üçün sərbəst satış sertifikatı (Certificate of Free Sale) verib.
ABC.AZ İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir ki, portalın rəhbəri Ayxan Qədəşov bildirib ki, “Azexport” portalının təqdim etdiyi növbəti sertifikatlar vasitəsilə Naxçıvan Muxtar Respublikasında istehsal olunan qənnadı məhsullarının Efiopiyaya ixracı nəzərdə tutulub. Bundan əvvəl də həmin bazara un məmulatlarının ixracı üçün sərbəst satış sertifikatı verilib.
10 Avqust 2026
10 Avqust 2026
8 Avqust 2026
8 Avqust 2026