11:59 - 21.11.2024
21 noyabr, Fineko/abc.az. "Xiaomi”, nəhayət, “Redmi Note 14 Pro Plus” modelinin beynəlxalq bazarlarda satışa çıxarılma tarixini açıqlayıb. .
ABC.AZ xəbər verir ki, Çində böyük maraqla qarşılanan model, sonunda qlobal istifadəçilər üçün əlçatan olacaq.
“Redmi Note 14 Pro Plus” qiymət-performans yönümlü istifadəçilər üçün çoxdan gözlənilən bir modeldir.
“Redmi Note 14 Pro Plus”,” MediaTek Dimensity 8300″ prosessoru ilə təchiz ediləcək. Bundan əlavə, o, istifadəçilərinə 12 GB RAM və 512 GB yaddaş variantları ilə böyük yaddaş tutumu təqdim edəcək.
Cihazın ən diqqətçəkən xüsusiyyətlərindən biri onun 200 MP təsvir ölçülü əsas kamerasıdır. Ultra geniş bucaqlı və makro linzalarla dəstəklənən kamera sistemi gözləntiləri qarşılayacaq.
10 Avqust 2026
10 Avqust 2026
8 Avqust 2026
8 Avqust 2026