Bəzi vergi ödəyiciləri elektron kabinetə kod-parolla daxil ola biləcək

12:27 - 20.11.2024


20 noyabr, Fineko/abc.az. Bəzi vergi ödəyicilərinə elektron kabinetə kod-parolla daxil olmaq imkanı yaradılır.

ABC.AZ xəbər verir ki, bu Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdə öz əksini tapıb.

Vergi Məcəlləsinin 13.2.72-ci maddəsinə əsasən elektron kabinet vergi ödəyicisi kimi uçota alınma zamanı təqdim edilən ərizəyə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılan, gücləndirilmiş elektron imza və (və ya) vergi orqanı tərəfindən verilən kod-parol ilə daxil olmağa imkan verən, vergi ödəyicisi ilə vergi orqanı arasında qarşılıqlı məlumat mübadiləsini təmin edən fərdi elektron səhifədir.