SpaceX, Tramp və Maskın iştirakı ilə Starship prototip gəmisi daşıyan raket buraxdı

10:29 - 20.11.2024


20 noyabr, Fineko/abc.az. ABŞ-ın SpaceX şirkəti altıncı sınaq uçuşunda Starship kosmik gəmisinin prototipini daşıyan raket buraxıb. 

ABC.AZ xəbər verir ki, bu barədə Bloomberg yazır.

Buraxılış Starbase-in Texas ştatının Boka Chica şəhərindəki özəl bazasından, 19 noyabr yerli vaxtla saat 17:00 radələrində olub. Orbitdən çıxdıqdan sonra perspektivli pilotlu starship gəmisi Hind okeanına enib. Buraxılışdan bir neçə dəqiqə sonra Super Heavy daşıyıcısı Meksika körfəzində idarə olunan eniş edib.

Buraxılış meydançasına ABŞ-ın seçilmiş prezidenti Donald Tramp və SpaceX-in təsisçisi İlon Mask qatılıb. Buraxılışdan əvvəl Mask Trampa Starship gəmisinin texniki xüsusiyyətləri barədə danışıb.