12:20 - 19.11.2024
19 noyabr, Fineko/abc.az. "Tesla" şirkətinin səhmləri kəskin qiymət artımı ilə gündəm olub.
ABC.AZ xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Belə ki, şirkətin səhmləri ötən gün 8%-ə qədər bahalaşıb.
İqtisadçılar bu artımı ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın komandasının bəzi açıqlamaları ilə əlaqələndirir.
Qeyd edək ki, "Tesla"nın səhmləri 5 noyabr seçkilərindən bu yana ümumilikdə 28% bahalaşıb.
Müəllif: Elmir Murad
4 Avqust 2026
4 Avqust 2026
4 Avqust 2026