Yarım milyon kapitalla yaradılmış şirkət 5 min manat borca görə bağlanır

16:43 - 15.11.2024


15 noyabr, Fineko/abc.az. İki il əvvəl yarım milyon manat kapitalla yaradılan şirkət bağlanır.

ABC.AZ xəbər verir ki, söhbət "Bir Tam" MMC-dən gedir.

Belə ki, şirkət ləğv olunduğunu elan edib. Qeyd olunub ki, kreditorlar iki ay ərzində tələblərini şirkətin yerləşdiyi hüquqi ünvana bildirə bilərlər.

Xatırladaq ki, "Bir Tam" MMC 2022-ci ildə 501 000 manat nizamnamə kapitalı ilə dövlət qeydiyyatına alınıb. Sonradan nizamnamə kapitalını artıraraq 735 000 manata çatdırıb. Şirkətin qanuni təmsilçisi Məmmədov Azər Akif oğludur.

Qeyd edək ki, "Bir Tam" MMC-nin Dövlət Vergi Xidmətinə hazırda 5 000 manata yaxın vergi borcu vardır.