"Apple”a qarşı böyük iddia - 3,8 milyard dollar təzminat ödəyə bilər

11:52 - 15.11.2024


15 noyabr, Fineko/abc.az. "Apple” şirkəti Böyük Britaniyada 3,8 milyard dollarlıq iddia ilə üzləşib.

ABC.AZ xəbər verir ki, buna səbəb kimi, şirkətin istehlakçılardan bulud saxlama xidmətləri üçün yüksək qiymətlər tələb etməsi və monopoliya yaratması göstərilir.

Əgər iş istehlakçıların xeyrinə yekunlaşarsa, “Apple” hər bir müştəriyə təxminən 70 funt sterlinq təzminat ödəməli ola bilər.

Qeyd edək ki, 40 milyon insanı əhatə edən iş bu istehlakçıların 2015-ci ilin oktyabr ayından etibarən “Apple”in “iCloud” saxlama xidmətlərindən istifadə etdiyi və ödəniş etdiyi dövrü əhatə edir.