15:08 - 30.10.2024
30 oktyabr, Fineko/abc.az. İran hakimiyyəti iPhone smartfonlarının idxalı ilə bağlı bütün məhdudiyyətləri aradan qaldırıb, yaxın vaxtlarda onların ölkə daxilində idxalı və qeydiyyatı üçün yeni mexanizm təqdim olunacaq.
ABC.AZ xəbər verir ki, barədə informasiya-kommunikasiya texnologiyaları naziri Səttar Haşemi məlumat verib.
"Bu gün hüquq məsələləri üzrə vitse-prezident və ticarət, sənaye və yerin təkindən istifadə nazirinin köməyi ilə məhdudiyyətlərin aradan qaldırılması üzrə Nazirlər Kabinetinin təsdiqinə nail olunub. İPhone idxalı ilə bağlı təfərrüatlar və qaydalar tezliklə açıqlanacaq" deyə Haşemi X-də yazıb.
Mayın 30-da Tasnim agentliyi İran gömrüyünün bəyanatına istinadən xəbər vermişdir ki, qurum ölkəyə istənilən nəsil iPhone smartfonlarının idxalına qadağa qoyub.
2017-ci ildə ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalar səbəbindən ABŞ-ın Apple korporasiyası İran tərtibatçılarının bütün mobil proqramlarını onlayn App Store-dan silmişdi.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026