17:15 - 28.10.2024
28 oktyabr, Fineko/abc.az. “Azexport” portalı və “MeetUp Networking Club” Azərbaycan mallarının Şri-Lanka və Hindistan bazarına ixracı layihəsinə start verib.
ABC.AZ xəbər verir ki, bu məqsədlə Şri-Lankada fəaliyyət göstərən idxalçı şirkətin nümayəndəsi Tani Shyen ilə görüş keçirilib. Görüşdə Azərbaycanda istehsal olunan bir qrup aqrar sənaye və qida məhsullarının Şri-Lanka və Hindistanda marketlər şəbəkəsinə çıxarılması istiqamətində danışıqlar aparılıb. T.Shyenə ixrac prosedurları üzrə zəruri sertifikatlaşdırma, gömrük, loqistika və sığorta kimi əməliyyatlar barədə qanunvericiliyin tələbləri izah olunub.
Daha sonra Azərbaycan mallarının onlayn təqdimatını həyata keçirilib və ölkəmizdə yetişdirilən aqrar məhsulların dequstasiyası aparılaraq Şri-Lanka və Hindistan bazarında satış imkanları müzakirə olunub.
İlkin mərhələdə müxtəlif meyvə şirələri, kompot, tomat pastası, fındıq, faraş formada nar, xurma, heyva, gavalı və armud, eyni zamanda qurudulmuş meyvə məhsullarının Şri-Lanka və Hindistan bazarındakı satış şəbəkələrinə çıxarılması nəzərdə tutulub. Bu istiqamətdə əməkdaşlığa maraqlı olan sahibkarlar təkliflərini “azexport.az” portalı və “MeetUp Networking Club” vasitəsilə təqdim edə bilərlər.
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026