Neft bahalaşır, Brent bir barelə $75,84 təşkil edir

09:25 - 24.10.2024


24 oktyabr, Fineko/abc.az. Etalon markaların qiyməti dünənki sessiyanın nəticələrinə görə azaldıqdan sonra cümə axşamı hərracda yüksəlir.

Brent markalı neftin dekabr fyuçersi ICE Futures birjasında saat 09:20-də $0,88 (1,17%) artaraq bir barel üçün $75,84-a yüksəldi. Oktyabrın 23-də keçirilən hərracların nəticələrinə görə, Brent neftinin dekabr fyuçersləri $1,08 (1,42%) ucuzlaşaraq bir barel üçün $74,96-a çatıb.

Saat 09:20-də NYMEX əmtəə birjasının ticarətində WTI neftinin dekabr fyuçersləri $0,93 (1,31%) artaraq bir barel üçün $71,70-a yüksəldi. Oktyabrın 23-də aparılan hərracların nəticələrinə görə, WTI neftinin dekabr fyuçersləri $0,97 (1,35%) ucuzlaşaraq bir barel üçün $70,77-a düşüb.