10:24 - 23.10.2024
23 oktyabr, Fineko/abc.az. Amerikanın Philip Morris tütün şirkətinin gəliri 2024-cü ilin 3-cü rübündə 9,9 milyard dollara yüksəldi, keçən ilin eyni dövründə isə bu rəqəm 9,14 milyard dollar idi.
ABC.AZ xəbər verir ki, bu barədə şirkətin maliyyə hesabatlarında deyilir.
Phillip Morris-in iyul-sentyabr aylarında xalis gəliri 3,65 milyard dollar və ya səhm başına 1,97 dollar təşkil edib. Ötən ilin eyni dövründə isə 3,37 milyard dollar və ya alınan səhm başına 1,32 dollar olub.
Korrektə edilmiş mənfəət səhm başına 1,91 dollardan səhm başına 1,67 dollara yüksəlib.