Rusiya Monqolustan üçün aşağı güclü AES tikəcək

10:57 - 18.10.2024


18 oktyabr, Fineko/abc.az. Rusiya və Monqolustan 2025-ci ilin birinci yarısında Yeni Karakorum yaxınlığında aşağı güclü atom stansiyasının tikintisi haqqında saziş imzalaya bilər.

ABC.AZ xəbər verir ki, Rusiyanın Monqolustandakı səfiri Aleksey Yevsikovun sözlərinə görə, tərəflər gələn ilin birinci yarısında imzalamağı planlaşdırdıqları müvafiq hökumətlərarası sazişin layihəsini hazırlamaq barədə razılığa gəliblər.