Neft-qaz sektoruna yatırılan investisiyaların həcmi 33,6% artıb

16:50 - 17.08.2026


17 avqust, Fineko/abc.az. 2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanın neft-qaz sektoruna 3 milyard 708,6 milyon manat məbləğində vəsait yönəldilib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, hesabat dövründə neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 33,6% artıb.

Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin yanvar-iyul aylarında bu göstərici 2 milyard 734,4 milyon manat səviyyəsində olub.